“Sonuncu hərbi əmr” nəşr olundu

“Sonuncu hərbi əmr”  nəşr olundu
22 may 2024
# 14:30

Məşhur udmurt yazıçı, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabı Azərbaycanda nəşr olunub.

Kulis.az xəbər verir ki, bu, udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda nəşr olunan ilk kitabıdır.

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Səlim Babullaoğlu, DGTYB-nin İdarə Heyətinin sədri İntiqam Yaşardır.

Udmurt yazıçısının hekayələrini rus dilindən Azərbaycan dilinə DGTYB-nin Məsləhət Şurasının üzvləri olan ədiblər Ruhəngiz Əliyeva, Rəsmiyyə Sabir, Həyat Şəmi, yazıçı, türkoloq Şahnaz Kamal, tərcüməçi Talehə Əliyeva, AYB-nin bölmə müdiri, şair-tərcüməçi İbrahim İlyaslı, şair Şəfəq Sahibli, Şahməmməd Dağlaroğlu çevirib.

Kitabdakı mətnləri Əkbər Qoşalı və DGTYB üzvləri – filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızı, şair Xəyalə Sevil redaktə edib.

“Sonuncu hərbi əmr”də yer alan hekayələrdə həyatın sosial mənzərəsi təsvir edilməklə yanaşı, yaşananların insan mənəviyyatında doğurduğu konkret, retrospektiv cəhətlər peşəkarlıqla qələmə alınıb.

Qeyd edək ki, mayın 25-də İjevskdə bu kitabın ilk təqdimatı keçiriləcək.

# 795 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #