“Sonluqdan sonsuzluğa” sərgisi təqdim olundu

“Sonluqdan sonsuzluğa”  sərgisi təqdim olundu
11 yanvar 2025
# 10:25

Yanvarın 10-da YARAT Müasir İncəsənət Məkanın dəstəyi ilə XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidisiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla bitirib.

Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 4 fərqli buraxılış layihələrini hazırlayıblar.

Qeyd edək ki, sərgi fevralın 2-dək davam edəcək.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #