“Sofar Sounds” Musiqi Hərəkatı İçərişəhərdə konsert təşkil edəcək

“Sofar Sounds” Musiqi Hərəkatı İçərişəhərdə konsert təşkil edəcək
5 iyul 2023
# 17:30

İyulun 7-də dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən Beynəlxalq “Sofar Sounds” Beynəlxalq Musiqi Hərəkatı İçərişəhərdə açıq hava konserti təşkil edəcək.

Kulis.az xəbər verir ki, “Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar - Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedowsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.

2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.

# 790 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #