Snup Doqqun Ermənistandakı konserti təxirə salındı

Snup Doqqun Ermənistandakı konserti təxirə salındı
20 sentyabr 2023
# 16:47

Amerikalı reper Snup Doqqun sentyabrın 23-də Ermənistanın paytaxtında keçiriləcək konserti təxirə salınıb.

Kulis.az xəbər verir ki, erməni KİV-lərin yazdığına görə, Ermənistan hökuməti reperin konsertinə 6 milyon dollardan çox pul ayırıb.

Bura Snupun qonorarı, təhlükəsizlik tələblərinin təmin edilməsi, sığorta xərcləri, yüksək səviyyəli texniki təchizat və tanıtım tədbirlərinə verilən pullar daxildir.

Qeyd edək ki, Snup bir müddət əvvəl İrəvanda konsertini elan edərkən Qarabağ bölgəsini "Artsax" adlandıraraq təxribat xarakterli mesaj yayımlayıb.

# 1512 dəfə oxunub

Müəllifin son yazıları

# # #