Şirvaninin "Məzhər-üt-türki" kitabı təqdim edildi

Şirvaninin "Məzhər-üt-türki"  kitabı təqdim edildi
17 noyabr 2023
# 12:20

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər-üt-türki" kitabının təqdimatı baş tutub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, təqdimatda akademiyanın tanınmış dilçi alimləri, ədəbiyyatşünasları və digər qonaqlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli kitab haqqında ümumi fikirlərini bölüşüb.

Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, akademik Nizami Cəfərov, professor Güllü Yoloğlu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Professor Sevinc Əliyeva və digər qonaqlar kitab və ümumi dilçilik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

# # #