Şir məşqçiyə hücum etdi

Şir məşqçiyə hücum etdi
7 yanvar 2023
# 12:40

Soçidə sirk arenasında tamaşa zamanı şir rusiyalı məşqçi Aleksey Makarenkoya hücum edib .

Kulis.az xəbər verir ki, hadisə təlimçinin arenada arasında münaqişə olan iki şiri ayırmaq istədiyi vaxt baş verib. Təlimçi iki heyvanı bir-birindən ayırmağa çalışarkən üçüncü şirin hücumuna məruz qalıb.

Makarenkonun tibbi yardım aldıqdan sonra tezliklə işə qayıdacağı bildirilib.


# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #