“Simurq quşu” tamaşası nümayiş olunacaq

“Simurq quşu”  tamaşası nümayiş olunacaq
23 fevral 2026
# 13:54

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan “Simurq quşu” tamaşası Bakıda nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşa Xalq yazıçısı Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu var imiş?” əsəri əsasında hazırlanıb.

Səhnə əsəri Bakı qastrolu çərçivəsində fevralın 24-də saat 19:00-da təqdim ediləcək.

Tamaşa Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanıb. Layihənin baş sponsoru “Sirab”dır.

Məlumata görə, tədbir Bakı şəhəri, Xaqani küçəsi 7 ünvanında baş tutacaq və tamaşaçılar üçün giriş sərbəstdir. İnformasiya dəstəyi isə Naxçıvan Xəbərləri və mpaTV tərəfindən həyata keçirilir.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər