“Simpsonlar”da “Titanik”lə bağlı proqnoz

“Simpsonlar”da “Titanik”lə bağlı proqnoz
23 iyun 2023
# 10:43

“Simpsonlar”ın 2006-cı ildə nümayiş olunan seriyasında “Titanik” gəmisinin yaxınlığında sualtı qurğunun batması ilə bağlı proqnoza rast gəlinib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hekayəyə görə, Homer Simpsonun atası oğlunu özü ilə batan gəminin qalıqlarından xəzinə axtarmaq üçün dərin dəniz ekspedisiyasına aparır.

Oğul və ata batiskafla suyun altına dalırlar və gəmidə iki xəzinə sandığı tapırlar.

Lakin Homer sualtı qayıqda ilişib qalır, oksigen tükəndiyi üçün huşunu itirir və yalnız üç gün xəstəxanada qaldıqdan sonra komadan ayılır.

Xatırladaq ki, turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən “Titan” sualtı eniş aparatı iyunun 18-də, dalma başlayandan təxminən 1 saat 45 dəqiqə sonra Atlantik okeanında itib.

Qeyd edək ki, ABŞ Sahil Mühafizəsi itkin düşən "Titan" batiskafının ekipajının öldüyünü təsdiqləyib. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi.

The Simpsons fans think show predicted missing Titanic sub in episode made  by passenger | TV & Radio | Showbiz & TV | Express.co.uk

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #