"Sıçrayış" sənədli filmi nümayiş olunacaq

"Sıçrayış" sənədli filmi nümayiş olunacaq
9 aprel 2024
# 10:30

"Sıçrayış" tammetrajlı sənədli filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, film litvalı dənizçi Simas Kudirkanın azadlıq yolundakı "sıçrayışından" bəhs edir.

Ekran əsəri nadir arxiv görüntüləri və 1970-ci illərin ən böyük Soyuq Müharibə iğtişaşlarının dramatik şəkildə yenidən qurulması əsasında ərsəyə gəlib.

Filmin xronometrajı 85 dəqiqədir.

Nümayiş aprelin 18-də, saat 19:00-da "Landmark" Biznes Mərkəzində baş tutacaq.

Giriş sərbəstdir.
Ünvan: Nizami küçəsi 90A

# 628 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #