Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksində

Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksində
16 sentyabr 2026
# 16:16

TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xocalı şəhərinə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlar Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Onlara Xocalı faciəsi, şəhərin tarixi və memorial kompleks barədə məlumat verilib.

Nümayəndə heyəti həmçinin Xocalıda aparılan bərpa-quruculuq işləri ilə tanış olub.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər