"Sex America"nın aktyoru evində yanaraq öldü

"Sex America"nın aktyoru evində yanaraq öldü
8 iyul 2023
# 14:00

87 yaşında braziliyalı rejissor, teatr və kino aktyoru Ze Selso kimi tanınan José Celso Martinez Korrea faciəvi şəkildə ölüb.

Kulis.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Sənətçi evində baş verən yanğın zamanı aldığı ağır yanıq xəsarətlərindən sonra dünyasını dəyişib.

Ze Celso ağır vəziyyətdə reanimasiyaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Yanğın zamanı evdə aktyordan başqa 3 nəfər olub. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ze Celso 1937-ci ildə anadan olub və Braziliya mədəniyyətində əsas simalardan biri olub. 1950-ci illərin sonunda filmlərdə rol alamağa başlayıb. O, rejissor kimi Auqusto Boal, Henrietta Morino, Fernanda Monteneqro, Sercio Britto, William Shakespeare, Nelson Rodriguez, Maksim Qorki kimi müəlliflərin pyeslərini səhnələşdirib.

1969-cu ildə ilk dəfə "Sex America" filmində rol alaraq ekrana çıxıb. O, həmçinin "Phoenix", "Incarnation of the Demon", "Cannibal Makumba", "Rabble" və bir çox başqa filmlərin yaradılmasında iştirak edib.

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

# # #