Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Sevənlərindir dünya” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, oktyabrın 1-də təqdim olunacaq tamaşada iki gəncin sevgisindən bəhs olunur.
Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
- Mirzə Cəlilin 150 illiyi Tbilisidə keçirilib
- Tanınmış aktyor saxlanıldı
- Kamal Abdulla sərt danışdı: “Mənim Azərbaycan dilimin onlara dəxli yoxdur” – Müsahibə
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili və digərləri iştirak edirlər.