Sevda Sultanova: "Təkcə o sənədli film Afaq Bəşirqızının bütün yaradıcılığından ağırdı"

Sevda Sultanova:  "Təkcə o sənədli film Afaq Bəşirqızının bütün yaradıcılığından ağırdı"
10 mart 2024
# 13:45

"Oqtay müəllimin təkcə "Qobustan" sənədli filmi Afaq xanımın bütün yaradıcılığından ağır gələr..."

Kulis.az xəbər verir ki, bu sözləri kinotənqidçi Sevda Sultanova Xalq artisti Afaq Bəşirqızının "Oqtay Mirqasımov indiyə kimi kino üçün nə edib?" sualından sonra yazıb.

Onun sözlərinə görə, bu cür suallar məntiqsizliyi, məsuliyyətsizliyi ifadə edir:

"Mən də Oqtay müəllimin AKİ ilə bağlı mövqeyini bölüşmürəm, fikirləri ilə razılaşmıram. Amma Oqtay müəllimin kino üçün nəsə etmədiyini demək məsuliyyətsizlik və savadsızlıqdır... Onun təkcə "Qobustan" sənədli filmi Afaq xanımın bütün yaradıcılığından ağır gələr..."

Qeyd edək ki, Sevda Sultanova 5 mart konfransında AKİ-nin idarə heyətinə üzv seçilib.

# 1961 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #