Şerzinqerin yeni filmi bəlli oldu

Şerzinqerin yeni filmi bəlli oldu
19 may 2023
# 15:10

Müğənni və aktrisa Nikol Şerzinqer Londonun West End səmtində yerləşən "Sunset Boulevard"ın yeni filmində rol alacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Endryu Lloyd Uebberin mahnılarını bəstələdiyi müzikl 1950-ci ildə çəkilmiş eyniadlı filmə əsaslanaraq çəkilib. Şerzinqer ekrana zəfərlə qayıtmaq arzusunda olan səssiz film ulduzu Norma Desmond rolunu oynayacaq.

Xatırladaq ki, Billi Uaylder tərəfindən çəkilən film öz adını ABŞ kino sənayesinin ürəyi olan Hollivuddan keçən böyük bir küçədən götürür.

Baş qəhrəman Norma Desmond çürüməkdə olan malikanədə yaşayır və ulduzunun sönməsi ilə barışmağa çalışır. O, geri qayıtmaq arzusundadır və bu yolda gənc ssenaristə güvənir.

# 858 dəfə oxunub

Müəllifin son yazıları

# # #