“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olundu

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olundu
26 dekabr 2023
# 18:00

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub.

Kulis.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə Sara Nurəddin qızı Əzimova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Sara Əzimova bundan əvvəl "Şərq qapısı" qəzetində müxbir, şöbə müdiri, məsul katib müavini kimi fəaliyyət göstərib.

2016-cı ildən isə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü idi.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

# 718 dəfə oxunub

Müəllifin son yazıları

# # #