Sərdar Fərəcov: "Təki dinimiz mədəniyyətimizi təbliğ etsin" - Açıqlama

Sərdar Fərəcov:  "Təki dinimiz mədəniyyətimizi təbliğ etsin" - Açıqlama
28 iyul 2023
# 14:36

Sosial şəbəkələrdə Məhərrəm ayı ilə bağlı keçirilən matəm məclislərindən birində mollanın Üzeyir Hacıbəyovun bəstəsi üzərində mərsiyə oxumasını əks etdirən video görüntülər yayılıb.

Belə ki, onun səsləndirdiyi mərsiyə dahi bəstəkarın “O olmasın, bu olsun” operettasından Məşədi İbadın oxuduğu mahnının melodiyası üzərindədir. Video qısa müddətdə sosial şəbəkələrin Azərbaycan seqmentində viral olub.

Bu barədə Kulis.az-a danışan Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov bildirib ki, Üzeyir Hacıbəyov da zamanında xalq mahnılarından istifadə edib.

“Bu, mənə Toyuq birinci yaranıb yoxsa yumurta?” məsəlini xatırladır. Üzeyir bəyin musiqisi ilə xalq musiqisi həmişə qarşılıqlı təmasda olub. O, xalq musiqisidən, xalq da onun bəstələrilərindən bəhrələnib. İndi axund bunu mədəniyyətin təbliği kimi göstərmək istəyirsə, lap gözəl. Təki din xadimlərimiz mədəniyyətimizi sevsinlər. Operalarımızı dinləsinlər, təbliğ etsinlər."

Bəstəkar qeyd edib ki, mədəni xalq bütün hallarda vəhşi xalqdan yaxşıdır.

”Qoy bizim dinimiz də mədəniyyətimizi təbliğ etsin. Buna ancaq sevinə bilərik”.

# 1976 dəfə oxunub

Müəllifin son yazıları

# # #