Şer "Victoria's Secret"in moda nümayişində səhnəyə çıxacaq

Şer "Victoria's Secret"in moda nümayişində səhnəyə çıxacaq
19 sentyabr 2024
# 09:05

"Victoria's Secret" 1995-ci ildə "Victoria's Secret Fashion Show" ilə qazandığı populyarlığını uzun müddət saxlamağı bacarsa da, təqdim etdiyi "real olmayan gözəllik standartları" səbəbi ilə nüfuzunu itirib.

Kulis.az xəbər verir ki, ən məşhur şoulardan biri olan "Victoria's Secret Fashion Show" uzun fasilədən sonra yeni formatda qayıdır.

Adriana Lima, Heidi Klum, Alessandra Ambrosio və bir çox başqa "mələklər"in gəzdiyi məşhur moda nümayişi 6 ildən sonra ilk dəfə keçiriləcək.

80-90-cı illərin unudulmaz müğənnisi Şer "Victoria's Secret Fashion Show"da çıxış edəcək.

Nyu-Yorkun Bruklin şəhərində keçiriləcək şouda Cici Hadid, Tayra Benks və Paloma Elsesser kimi məşhurlar da podiuma çıxacaq.

# 449 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #