Kulis.az Salam Sarvanın “Bağışla, otağım tör-toküntüdü” şeirini təqdim edir.
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol-budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
- [b]Tahir İmanov: “Zelenski ilə tanışıq”[/b]
- ƏSA Teatrı Parisi partladacaq
- “Qara kitab” ikinci dəfə Azərbaycan dilində: Qüsurlar aradan qalxıb
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-töküntüdü.