“Sən elə bir zirvəsən” müsabiqəsinin yekun tədbiri keçirildi

“Sən elə bir zirvəsən”  müsabiqəsinin yekun tədbiri keçirildi
16 may 2024
# 18:40

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib.

Kulis.az xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, professor Dilarə Seyidzadə, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir ərzində tələbələrin ifasında ümummilli liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən müsabiqəyə 2 500-ə yaxın şəxs qatılıb. 126 nəfər isə qalib müəyyən olunub.

# 451 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #