“Səma ilə görüş” filmi post-prodakşn mərhələsindədir

“Səma ilə görüş” filmi  post-prodakşn mərhələsindədir
15 yanvar 2024
# 13:30

Azərbaycan Kino Mərkəzinin istehsalı olan “Səma ilə görüş” filminin post-prodakşn (montaj – səs montajı, rəng korreksiyası) mərhələsi davam edir.

Kulis.az xəbər verir ki, filmin rejissoru Rüfət Şahbazov, ssenari müəllifləri Orxan Mərdan, Vüqar Hüseynov, Talıb Əhmədov, operatoru Şahmar Səfəroğlu, icraçı prodüseri Fuad Cəfərov, prodüseri Amiran Babayev, baş prodüseri Orxan Mərdandır.

Film xəstələrə kömək göstərmək istəyən 3 dostdan bəhs edir. Bu dostların yalan və oğurluq üzərində qurulmuş həyatları bir gün onlara həyat dərsi verir.

Filmdə əsas rollarda Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Əlibəy Məmmədli çəkiliblər.

Dram, ekşn və komediya janrında olan filmin mart ayında təqdim olunması nəzərdə tutulur.

Kinoinfo.az

# 1476 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #