Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı
11 aprel 2026
# 15:30

Dünya şöhrətli müğənni Selin Dion uzun fasilədən sonra bu ilin sentyabr və oktyabr aylarında Parisdə keçiriləcək 16 konsert proqramı ilə səhnəyə qayıdır.

"Gazeta.ru"nin xəbərinə görə, biletlər satışa çıxan kimi onlayn platformalarda milyondan çox insan növbəyə düzülüb, ümumilikdə isə 9 milyon pərəstişkar satış bildirişləri üçün müraciət edib.

Bu möhtəşəm qayıdış sənətçinin 2024-cü il Paris Olimpiadasının açılışındakı çıxışından sonra ilk genişmiqyaslı canlı performansı olacaq.

Qeyd edək ki, nadir autoimmun xəstəliyi ilə mübarizə aparan 58 yaşlı ulduzun səhhətindəki problemlərə rəğmən yenidən yaradıcılığa dönməsi pərəstişkarları tərəfindən böyük sevinc və maraqla qarşılanıb.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər