Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.
Kulis.az xəbər verir ki, təqdimat mərasimindən sonra TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf”, “TÜRKSOY Medalı” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edilib.
Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu türk mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə “TÜRKSOY Medalı” ilə təltif olunub.
Medalı Səlim Babullaoğluna TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
Müəllifin son yazıları
Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu
14:30
11 avqust 2026
Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri
14:00
11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi
13:30
11 avqust 2026