Səlim Babullaoğlu Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilib

Səlim Babullaoğlu Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilib
26 sentyabr 2024
# 10:12

Şair, esseist, tərcüməçi Səlim Babullaoğlu “Ədəbi fəaliyyətinə və yaradıcı bioqrafiyasının məziyyətlərinə görə” Beynəlxalq Leopold Sedar Senghor Beynəlxalq Akademiyasına həqiqi üzvü seçilib və fəxri diplomla təltif olunub. Akademiyanın www.accademiainternazionalesenghor.com ünvanlı saytında qurumun üzvləri siyahısında S.Babullaoğlunun da adı qeyd edilib.

Sözügedən təsisat Seneqal şairi, filosof və siyasətçisi, “Afrika ruhu” nəzəriyyəsinin banilərindən biri, XX əsr Afrika intellektuallarının və panafrikanizmin nüfuzlu nümayəndəsi, Seneqal və Maliyə rəhbərlik etmiş Leopold Sedar Senghorun adını daşıyır. Akademiyanın baş ofisi İtaliyanın Milan şəhərində yerləşir, rəhbəri professor Şeyk Tidian Qaydır. S.Babullaoğlunun namizədliyini Mihay Eminseku Akademiyasının prezidenti, Nobel Akademiyasının eksperti, tanınmış rumın şairi İon Deakonesku irəli sürüb. Diplomun təqdimat mərasimi 2025-ci ilin mayında baş tutacaq.

S.Babullaoğlu bununla bağlı açıqlamasında qərarın 2023-cü ilin avqustunda verildiyini, ancaq özünün bu haqda məlumatsız olduğunu, xəbəri yaxın günlərdə aldığını deyib: “Əlbəttə ki, bu xəbərdən məmnunam. Cənab İon Deakoneskuya, onun təklifini dəstəkləyən adamlara, o cümlədən cənab Tidian Qaya təşəkkür edirəm”.

# 532 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #