Şəkidə tarixi qala baxımsız haldadır

Şəkidə tarixi qala baxımsız haldadır
1 avqust 2023
# 14:30

Şəkinin Baş Kəldək kəndində yerləşən VI əsrə aid Gavur Qala uçuq-sökük vəziyyətdədir.

Kulis.az xəbər verir ki, həm müdafiə, həm də müşahidə qalası kimi tanınan qala baxımsızlıqdan dağılmaq üzrədir.

Məsələ Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Məlumatda qeyd edilib ki, Şəki rayonunun Baş Kəldək kəndində yerləşən 326 inventar nömrəli Gavur qalası ölkə əhəmiyyətli memarlıq abidəsidir:
“Dağlıq, meşəlik ərazidə yerləşən tarixi abidə üçün təhlükə törədən ağac və kol bitkilərinin təmizlənməsi üçün aidiyyəti dövlət orqanına müraciət olunub. Qala üçün təhlükə törədən ağac və kolların təmizlənməsi planlaşdırılır”.

Oxu.az

# 468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #