Şəhriyar Del Geraninin evinə oğru girdi

Şəhriyar Del Geraninin evinə oğru girdi
28 avqust 2022
# 12:30

Tanınmış şair Şəhriyar Del Geraninin evinə oğru girib.

Kulis.az xəbər verir ki, hazırda İstanbulda yaşayan tanınmış şair Şəhriyar Del Geraninin evinə oğru girib. Bu barədə şair öz facebook səhifəsində paylaşım edib:

“Tam 10 il qabaq Bakıda belə bir hadisə gəlmişdi başıma. Yəqin xatırlayırsız. Yenə eyni ssenari – bu dəfə İstanbulda yaşadığım evə oğru girmiş, MacBook-umu oğurlamış, passportumu, şəxsiyyət vəsiqəmi və olan-qalan rezerv pulumu aparmışlar. Hər şeyi başa düşdüm, passport və şəxsiyyət vəsiqəmi niyə? Ən əsası, kompüterin yaddaşında illərdir çapa vermədiyim şeirlər, hekayələr, köşələr və roman. (((( Çox pisəm. Sözlə ifadə etmək mümkün deyil sadəcə.”

# 2858 dəfə oxunub

Müəllifin son yazıları

# # #