Şəhidin sevgilisinə yazdığı məktub mahnı oldu - Video

Röya Ayxan, Xalq artisti

Röya Ayxan, Xalq artisti

11 avqust 2022
# 09:56

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Kulis.az xəbər verir ki, müğənni mahnını studiyada səsləndirdiyi anları sosial media hesabında paylaşıb. O, videoya “Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu” sözlərini yazıb.

“Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimlidir. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

# 2302 dəfə oxunub

Müəllifin son yazıları

# # #