Şəhid leytenanta həsr olunmuş kitab - “9-cu mərtəbə”

Şəhid leytenanta həsr olunmuş kitab - “9-cu mərtəbə”
11 fevral 2026
# 11:00

Azərbaycan Milli Kitabxanasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı İlqar Kamilin “9-cu mərtəbə” adlı sənədli romanının təqdimatı olub.

Kulis.az xəbər verir ki, roman 44-günlük Vətən müharibəsi şəhidi tank komandiri, leytenant Murad Nağıyevin qəlbindən süzüb gələn məktubları, yaranmış ağrıları və sonsuz Vətən sevgisini sözə çevirən sənədli əsərdir.

Əsər şəhidin həyat və döyüş yolunu əhatə edən bioqrafik məlumatları təqdim etməklə yanaşı, onun daxili aləmini, xatirələrini və ədəbi yaradıcılığını ətraflı əks etdirir.

Tədbir Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.

Daha sonra Murad Nağıyevin həyatı, aldığı hərbi təhsil, döyüş yolu və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq haqqında məlumat verilib.

Çıxışlarda Muradın həm cəsur zabit, həm də həssas qəlbli, istedadlı şair olduğu xüsusi vurğulanıb.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər