Səhhəti pisləşən Xalq artisti Bakıya gətirilir

Səhhəti pisləşən Xalq artisti Bakıya gətirilir
20 iyul 2023
# 12:32

Dünən Xalq artisti Şahnaz Haşımovanın yaşadığı Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilməsi barədə məlumat vermişdik.

Kulis.az xəbər verir ki, vəziyyəti nisbətən sabitləşmiş müğənninin müalicəsinin davam etdirilməsi üçün Bakıya gətirilməsinə qərar verilib.

Bu barədə onun bacısı Əməkdar artist Aybəniz Haşımova məlumat yayıb.

O bildirib ki, böyük bacısı Şahnaz Haşımovanın müalicəsi Gömrük Hospitalında davam etdiriləcək.

Qeyd edək ki, 66 yaşlı Şahnaz Haşımova şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir.

lent.az

# 2261 dəfə oxunub

Müəllifin son yazıları

# # #