Şəfiqə Məmmədovanın aktyor qardaşı vəfat etdi

Şəfiqə Məmmədovanın aktyor qardaşı vəfat etdi
29 iyul 2023
# 10:14

Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə - "Vulkana doğru" (1977), "Anın quruluşu" (1980), "Bağlı qapı" (1981), "Üzeyir ömrü" (1981), "Gümüşü furqon" (1982), "Asif, Vasif, Ağasif" (1983), "Burulğan" (1986) "Təxribat" (1990) əsas rolların ifaçısı olub.

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #