"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı
5 noyabr 2026
# 14:30

"Build a Bitch" hiti ilə "TikTok"dan qlobal musiqi səhnəsinə addımlayan Filippin əsilli amerikalı müğənni Bella Porç özünün ilk debüt albomu "Picnic at the Cemetery" haqqında "Reuters" agentliyinə geniş müsahibə verib.

Kulis.az xəbər verir ki, 29 yaşlı ifaçı artıq sosial şəbəkələrdə viral olmaq üçün deyil, sırf uşaqlıq travmalarını və daxili dünyasını əks etdirən səmimi musiqilər yazmaq qərarına gəlib.

"Picnic at the Cemetery" adını beş ildir zehnində daşıdığını bildirən Porç bunun Filippində Bütün Müqəddəslər Günündə qəbiristanlıqda ailəvi toplaşmaq ənənəsi ilə əlaqədar olduğunu vurğulayıb.

Onun üçün bu albom keçmişdə basdırdığı xatirələrə yenidən baxmaq mənasına gəlir.

Müsahibədə yazılması ən çətin olan trek kimi "Garden" mahnısını qeyd edən müğənni, uşaqlıq illərindən qalan güvənsizlik hissinin sevgini qəbul etməyə mane olduğunu və mahnını yazarkən göz yaşlarından vərəqin islanmaması üçün "Notes" tətbiqinə keçdiyini bildirib.

Çıxış nöqtəsi kimi isə 17 yaşında evi tərk etməsini həyatının ən xoşbəxt günü adlandıran "Stay Gone" trekini göstərib.

Qeyd edək ki, Bella Porç ABŞ, Böyük Britaniya və Avropanı əhatə edəcək ilk solo konsert turuna başlamağa hazırlaşır.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər