Salman Mümtazın ekspozisiyasının açılışı olub

Salman Mümtazın ekspozisiyasının açılışı olub
17 may 2024
# 10:55

Milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtazın ekspozisiyasının açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasim Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində baş tutub.

Tədbirdə çıxış edən muzeyin direktoru akademik Rafael Hüseynov bu il anadan olmasının 140 illiyinin qeyd edildiyi Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Salman Mümtaz ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edib.

Alim bildirib ki, 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideoloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirdilər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edildi və Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qaldı. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edildi.

Qeyd edək ki, Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunub və həmin bölgənin yaxınlığındakı Medvedski meşəsində güllələnib.

# 573 dəfə oxunub

Müəllifin son yazıları

# # #