Şair-tərcüməçi Namizəd Xalidoğlu (ədəbi ictimaiyyətdə Qoca Xalid kimi tanınır) ötən gün axşam saatlarında vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Şimal-qərb bürosunun məlumatına görə, 72 yaşlı şair Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşadığı ünvanda dünyasını dəyişib.
Xatırladaq ki, Qoca Xalid 1954-cü ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olub.
O, Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən biri hesab olunurdu.
Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olan Qoca Xalid Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. O, həmçinin
Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtsov mükafatlarına layiq görülüb.