Şahnaz Həşimovanı Gəncədə belə qarşılayıblar - Foto

Şahnaz Həşimovanı Gəncədə belə qarşılayıblar - Foto
3 avqust 2023
# 10:18

Bir neçə gün öncə Bakıda yatdığı xəstəxanadan evə buraxılan Xalq artisti Şahnaz Haşımova artıq Gəncədədir.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakinləri Xalq artistinin gəlişinə qurbanlar kəsib, nəzir paylayıblar.

Bu barədə onun bacısı, Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında məlumat verib.

“Şahnaz xanım Gəncəyə çatar-çatmaz adına deyilən qurbanlar kəsildi və nəzirlər verildi. Bunu edən qohum-əqraba deyil, xalqdır, dövlətdir, Gəncə rəhbərliyidir. Bu qədər sevginin qarşısında baş əyməkdən başqa heç nəyə insanın gücü yetmir. Bir sənətkar bu qədər gərəkli olduğunu gördükdən sonra ölərmi heç? Ölüm ayağında olsa da, dirilər. Sənə xalq bu qədər dua etsin. Şahnaz xanım evinə sağ salamat döndü. Hər bir hadisə, canımıza qəfil hücum edən xəstəliklər, bəlalar qarşımıza cıxan böyük bir imtahandır. Allah heç birimizi utandırmasın”.

Qeyd edək ki, Şahnaz xanım şəkər xəstəliyi və beyin damarlarındakı sıxılmadan əziyyət çəkirdi.

# 4000 dəfə oxunub

Müəllifin son yazıları

# # #