İlk dəfə Bakı Beynəlxalq Piano Festivalını təşkil edərkən müəyyən çətinliklərlə üzləşdik. Düşünürəm ki, artıq çətinliklər arxada qalıb və biz növbəti festivalı keçirməyə hazırlaşırıq.
Kulis.az xəbər verir ki, bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransında məlumat verib.
O bildirib ki, festival çərçivəsində "Bu həqiqətin səsidir. Qara Qarayev" filmi nümayiş ediləcək.
- Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
- Səudiyyə Ərəbistanı modelinin yalanı üzə çıxdı
- Ayrılmağım gəlmir, dəsmalı gözümə sıxıram... - Hikmət Sabiroğlu Şuşadan yazır...
Mətbuat konfransında iştirak edən Xalq artisti, filmin müəllifi Oqtay Mirqasımov festivalın işinə uğurlar arzulayıb və film barədə məlumat verib. Bildirib ki, bu ekran əsəri bir sıra beynəlxalq festivallarda mükafat qazanıb. Onun sözlərinə görə, görkəmli fransalı kinoşünas Marsel Marten bu filmi çox yüksək qiymətləndirib.