“Şah İsmayıl” tamaşası təqdim olunub - “Opera günləri”

“Şah İsmayıl” tamaşası təqdim olunub - “Opera günləri”
9 iyun 2025
# 09:56

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən “Opera günləri” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından fraqmentlər təqdim olunub.

Kulis.az xəbər verir ki, tamaşa bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunub.

Tamaşada Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Cahangir Qurbanov (Aslan şah), İlahə Əfəndiyeva (Gülzar), Arzu Əliyeva (Ərəbzəngi), Əliahməd İbrahimov (Əbu Həmzə), həmçinin solist Mahir Tağızadə (Vəzir) çıxış ediblər.

Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xor rəhbəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeyster Roza Səlimova olub, tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

Qeyd edək ki, layihənin yekun tədbiri iyunun 25-də bulvarda baş tutacaq.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

# # #