Sabir Rüstəmxanlı: “Mən də müxalifətəm, burada oturmuşam”

Sabir Rüstəmxanlı:  “Mən də müxalifətəm, burada oturmuşam”
11 aprel 2023
# 12:28

“Müxalifət deyiləndə sərhəd qoyulmalıdır. Mən də müxalifətəm, burada oturmuşam, başqaları da var”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat deyib ki, bir qrupa görə bütün müxalifəti günahlandırmaq olmaz: “Heydər Əliyev Yazıçılar Birliyində çıxışında dedi ki, Azərbaycanda Xalq Hərəkatını izləyirdi. Sonra təcrübəsiz adamlar gəldi və s. Bu hərəkat SSRİ-nin parçalanmasında mühüm rol oynadı. Ancaq Xalq Hərəkatının üzərindən xətt çəkmək, qara yaxmaq olmaz”.

Sabir Rüstəmxanlı qeyd edib ki, sosial şəbəkələrdə Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi insanlar barədə yanlış məlumatlar yer alır, onları üz-üzə qoyulmağa çalışırlar: “Çünki bu tarix yazılmayıb. Hər kəs öz bildiyi səviyyədə danışır. Bu məsələlərlə bağlı obyektiv yazılı tarix, dövlətin münasibəti ortaya qoyulmalıdır”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir: “Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”.

# 1170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #