Ahmet Hamdi Tanpınarın ölməz əsəri olan "Saatleri Ayarlama Enstitüsü" əsasında tamaşa hazırlanır.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, Serdar Bilişin quruluş verdiyi və rejissoru olduğu tamaşanın premyerası aprelin 12-də olacaq.
Şərqlə qərb, köhnə ilə yeni, ənənəvi və müasir qütblər arasında fırlanan Ahmet Hamdi Tanpınarın əsəri kino və teatrın çağdaş dövrümüzə uyğunlaşdırılaraq sənətsevərlərlə görüşəcək.
- Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
- Prodüserlər Gildiyasına sədr seçildi
- Çinarə Cəlilova: “Ac piyada”-Ən qısa hekayə
Tuluq Tırpan canlı piano ifası ilə tamaşanı müşayiət edəcək.
Oynadığı hər layihədə tamaşaçını valeh edən Serkan Kəskin də güclü bir aktyor oyunu ilə teatrsevərlərin qarşısına çıxacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu operatoru Ahmet Sesigürgil, səhnə və dekorasiya rəssamı isə Qamze Kuşdur.