"Rza:Oyunun sonu" filmi nümayişdə

"Rza:Oyunun sonu" filmi nümayişdə
24 iyun 2024
# 14:02

Kinoteatrlarda bu dəfə kriminal tiller, döyüş janrında yeni film nümayişə çıxır.

Kulis.az xəbər verir ki, “Rza: Oyunun sonu” adlı filmin rejissoru və baş rolun ifaçısı Əli Əbdülsəmədzadə, prodüseri Elçin Aydındır.

Rza adlı bir şəxs tutularaq polis bölməsinə gətirilir. İlk baxışdan bir neçə nəfəri qətlə yetirmiş bir cinayətkar kimi görünsə də, müstəntiq işi dərindən araşdırmağa qərar verir. Rzanın cinayətinin motivləri isə tamam başqadır. O, həyat yoldaşını Gəncə terrorunda itirib. Yeddi yaşlı qızının isə səhhətində problemlər olduğu üçün vəfat edib. Rza dəfndə agah olur ki, qızının iç orqanları yoxdur. O bu işin arxasında kimlərin olduğunu öyrənməyə çalışır.

Film 20 iyundan etibarən Park Cinema kinoteatrlarında nümayiş olunur

# 543 dəfə oxunub

Müəllifin son yazıları

# # #