Rüstəm İbrahimbəyov vəfat etdi

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

11 mart 2022
# 16:28

Kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.

Bu barədə Kulis.az-a Kinomatoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov məlumat verib.

Rüstəm İbrahimbəyov ötən gecə uzun sürən xəstəlikdən sonra Moskvada dünyasını dəyişib.

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub.

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Həmçinin ssenari müəllifi olduğu digər filmi "Urqa – məhəbbət dairəsi" filmi Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.

Allah rəhmət etsin!

# 3825 dəfə oxunub

Müəllifin son yazıları

# # #