Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi
27 aprel 2023
# 12:40

Rusiyanın Xalq artisti Vladimir Borisov 76 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Maksim Qorki adına Samara Akademik Dram Teatrından məlumat verilib.

Aktyorun ölüm səbəbi məlum deyil.

Vladimir Borisov 1974-cü ildə Şepkin adına Teatr Məktəbini bitirib. 1975-ci ildən Qorki adına Samara Akademik Dram Teatrında xidmət edib. 1976-cı ildə aktyor Stanislavski adına RSFSR Dövlət Mükafatı, 1999-cu ildə "Rusiyanın xalq artisti" fəxri adına layiq görülüb. Borisov həm də “Əbədi zəng” televiziya filmindəki Semyon Savelyev rolu ilə geniş tamaşaçı kütləsi qazanıb.

# 944 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #