Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın  Əməkdar artisti vəfat etdi
8 iyun 2023
# 09:56

Rusiyanın Əməkdar artisti, teatr və kino aktyoru Yuri Klipp uzun sürən xəstəlikdən sonra vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "VKontakte" məlumat verib.

Yuri Klipp 1968-ci ildə Lunaçarski adına GİTİS-i bitirib, bundan sonra Rusiyanın müxtəlif bölgələrində və digər ölkələrdə bir neçə teatrda həmçinin Novqorodda səhnəyə çıxıb. Aktyor ilk dəfə 1978-ci ildə Boris İvçenkonun “Əkizlər bürcü altında” elmi-fantastik dramına çəkilib.

# 725 dəfə oxunub

Müəllifin son yazıları

# # #