Rusiyanın əməkdar artisti vəfat etdi

Rusiyanın əməkdar artisti vəfat etdi
29 mart 2023
# 17:30

Rusiyanın əməkdar artisti Vladimir Smirnov 74 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Ryazan Dövlət Regional Dram Teatrının nümayəndələri internet saytında məlumat veriblər .

Aktyorun ölüm səbəbi hələ məlum deyil. Teatrın kollektivi aktyorun ailəsinə və yaxınlarına başsağlığı verib.

Smirnov yaradıcılığa 1977-ci ildə Ryazan Dram Teatrında başlayıb. Aktyor qurumun “İsti damdakı pişik”, “Hər müdrik adama axmaqlıq bəsdir”, “Qəribə ailə portreti”, “Mənə ay işığı ver”, “Beluginin evliliyi”, “Yaraşıqlı kişi” kimi tamaşalarda oynayıb.

1997-ci ildə Smirnov teatr sənətinə verdiyi töhfələrə görə "Rusiya Federasiyasının əməkdar artisti" adına layiq görülüb.

# 1091 dəfə oxunub

Müəllifin son yazıları

# # #