Rusiyalı rejissor süni nəfəs aparatına qoşuldu

Rusiyalı rejissor süni nəfəs aparatına qoşuldu
15 may 2023
# 14:45

Rusiyalı rejissor Qleb Panfilov xəstəxanaya yerləşdirildikdən sonra süni nəfəs aparatına qoşulub.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, həkimlər kinematoqrafın vəziyyətini ağır qiymətləndirirlər.

Xatırladaq ki, mayın 11-də hemorragik insult keçirən 88 yaşlı Panfilov Odintsovo regional xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra o, başqa Moskva xəstəxanasına köçürülüb.

# 925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #