Moskvada Aleksandrov adına Rusiya ordusunun musiqi ansamblının üzvü narkotik istehsal etdiyi üçün saxlanılıb.
Kulis.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Polis axtarış zamanı əvvəlcə musiqiçinin dostunda narkotik aşkar edib. Daha sonra həmin şəxs polisə bildirib ki, musiqiçi də bu işlə məşğuldur və öz evində marixuana yetişdirir.
Faktla bağlı araşdırma aparılır.