Rusiyalı müğənninin Bakı konserti ləğv edildi

Rusiyalı müğənninin Bakı konserti ləğv edildi
19 may 2022
# 18:20

Rusiyanın məşhur müğənnisi, ermənipərəst mövqeyi ilə tanınan Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib.

Kulis.az Vesti.az-a istinadən xəbər verir ki, konsert oktyabrın 9-da Konqres zalında baş tutmalı idi.

Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə qarşıdan gələn konsertlə bağlı şikayət ərizəsi ilə müraciət edib və o, idarənin nümayəndələrinə Lyubov Uspenskayanın qızğın ermənipərəst mövqedən çıxış etdiyini, mediada və sosial şəbəkələrdə belə fikirlər səsləndirdiyini bildirib.

# 1408 dəfə oxunub

Müəllifin son yazıları

# # #