Rusiyalı məşhur müğənni vəfat etdi

Rusiyalı məşhur müğənni vəfat etdi
22 iyun 2022
# 12:10

Kamerun əsilli rusiyalı müğənni və şoumen Pyer Narsis vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə iyunun 22-də onun qızı Karolina Kristel instaqramda yazıb.

Onun sözlərinə görə, 45 yaşlı ifaçı böyrək əməliyyatından sonra ürək dayanması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Narsis 2000-ci illərdə “Şokoladnıy zayats” mahnısı ilə məşhurlaşmışdı. O, “Sibir bərbəri”, “Diqqət, modern! 2004” kimi filmlərdə də iştirak edib.

# 1175 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #