Rusiyalı ifaçının İrəvan konserti ləğv edildi

Rusiyalı ifaçının İrəvan konserti ləğv edildi
24 avqust 2023
# 16:30

Rusiyalı ifaçı Andronun İrəvan konserti ləğv edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, avqustun 30-na planlaşdırılan konsert sosial şəbəkələrin erməni seqmentində yayılan nəşrlərdən sonra ləğv edilib.

Tədbirin təşkilatçısı alınan biletlərin pulunu geri qaytaracaqlarını açıqlayıb.

Qeyd edək ki, Andro azərbaycanlı musiqiçi Elman Zeynalovun "Raava Music" (- red.) leyblı ilə çıxış edir.

# 904 dəfə oxunub

Müəllifin son yazıları

# # #