Rusiyalı aktyor vəfat etdi

Rusiyalı aktyor vəfat etdi
4 iyul 2023
# 12:30

Aktyor Vladimir Prixodko 88 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "kino-teatr.ru" portalı məlumat yayıb.

Sənətçi iyunun 10-da dünyasını dəyişsə də, ölümü indi məlum olub. Ölümünün səbəbi hələ açıqlanmayıb.

Vladimir Prixodko Ukraynanın Xarkov vilayətində anadan olub. Əvvəlcə aşpaz, daha sonra isə fabrikdə işləyib. Fabrikdə işləyəndə zədə alıb, sonra teatr studiyasına yazılmaq qərarına gəlib. Beləliklə, aktyor karyerası başlayıb.

Prixodko Moskvaya gəldikdən sonra "Müharibə və sülh" filminin çəkilişində iştirak edib. Aktyor "Uğur centlmenləri" filmində sürücü rolunu oynayıb.

Prixodkonun rol aldığı məşhur filmlər arasında "İnqilabdan doğulan", "Budulayın qayıdışı", "Birinci atlı", "Heç xəyal etmədin" var. Ümumilikdə aktyorluq karyerası ərzində o, 50-dən çox filmdə rol alıb.

Aktyor 1990-cı illərdə Ukraynaya qayıdıb.

# 771 dəfə oxunub

Müəllifin son yazıları

# # #