Rusiyadan Azərbaycana ləğvedicilər gəldi - "Rus Evi"nin ləğvi başa çatdı

Rusiyadan Azərbaycana ləğvedicilər gəldi - "Rus Evi"nin ləğvi başa çatdı
26 dekabr 2025
# 16:02

Azərbaycanda “Rus Evi” uzun müddət ərzində ölkəmizdə qeydiyyatsız fəaliyyət göstərib”.

Kulis.az APA0ya istinadə xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, istənilən təsisat ölkə qanunvericiliyinə riayət etməklə fəaliyyət göstərə bilər: “Rus Evi”nin bağlanmasına dair qərar ona görə verildi. İstənilən təsisatın fəaliyyəti üçün ölkə qanunvericiliyinə hörmət önəmlidir. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. “Rus Evi” ilə bağlı ən son təmaslar 1 neçə həftə əvvəl olub. Ləğvetmə ilə bağlı əməkhaqqı və s. yarımçıq proseslər qalıb. Rusiya tərəfi mərkəzdən ləğvedicilər təyin edib, onlar Azərbaycana gəlib. Rusiyanın burdakı səfirliyi bizə müraciət edib, XİN-dən dəstək istəyib. Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək vermişik. "Rus Evi"nin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb”.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər