Rusiya aktyor Cim Kerriyə sanksiya tətbiq etdi

Rusiya aktyor Cim Kerriyə sanksiya tətbiq etdi
15 noyabr 2022
# 15:30

Rusiya Xarici İşlər Nazirliyi aktyor Cim Kerriyə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Kanadalı aktyor C.Kerriyə qarşı tətbiq olunan sanksiyalar şəxsi xarakter daşıyıb. Bəyanatda bildirilib ki, bu Rusiyanın Kanadanın rusofob hakimiyyət orqanlarının hər hansı bir şəxsə qarşı sanksiya tətbiq etməsinə dair davam edən işlərinə cavabdır.

Nazirlik100 Kanada vətəndaşının ölkəyə girişini qeyri-məqbul hesab edib. Kerridən başqa, siyahıya digər mədəniyyət nümayəndələri yazıçı və kinorejissor Devid Bezmozgis, aktrisa Ketrin Vinnik, yazıçılar Marqaret Atvud və Mariya Reva da daxildir.

# 999 dəfə oxunub

Müəllifin son yazıları

# # #